5 Eylül 2015 Cumartesi

Qrup 26. Filizlər, şlaklar və kül

Qrup 26. Filizlər, şlaklar və kül


Qeydlər:
Bu qrupa aşağıdakılar daxil edilmir:
a) şlak və ya makadam formasında olan analoji sənaye tullantıları (mal mövqeyi 2517);
b) susuzlaşdırılmış və ya susuzlaşdırılmamış təbii maqnezium karbonat (maqnezit) (mal mövqeyi 2519);
v) əsasən bu neft məhsullarından ibarət olan neft məhsullarının saxlama çənlərindən çıxan şlam (mal mövqeyi 2710);
q) 31-ci qrupun əsas şlakı;
d) şlak pambıq, mineral silikat pambığı və ya analoji mineral pambıqlar (mal mövqeyi 6806);
e) Qiymətli metalların və ya qiymətli metallarla üzlənmiş metalların tullantıları və qırıntıları; başlıca olaraq qiymətli metalların alınması üçün istifadə olunan , tərkibində qiymətli metallar və ya qiymətli metalların birləşmələri olan digər tullantı və qırıntıları (mal mövqeyi 7112);
j) istənilən ərimə prosesi ilə alınan mis, nikel və ya kobalt şteyni (XV bölmə).
2601-2617 mal mövqeyindəki «filizlər» termini 2844 mal mövqeyində və ya XIV və XI bölmələrdə göstərilən civənin, metalların çıxardılması üçün istifadə edilən, hətta onlar qeyri-metallurgiya məqsədləri üçün nəzərdə tutulubsa belə, mineralları ifadə edir. Lakin 2601-2617 mal mövqelərinə metallurgiya sənayesinə xas olmayan, emala məruz qalan minerallar daxil edilmir.
2620 mal mövqeyinə yalnız aşağıdakılar daxildir:
a) metalların çıxarılması sənayesində , və ya əsas kimi metalların kimyavi birləşmələrinin istehsalında istifadə olunan kül və qalıqlar. Şəhər təsərrüfatının yandırılmasından alınan qalıqlar və küllər daxil edilmir. (2621 mal mövqeyi); və
b) Arsen və ya metalların ayrılması üçün və ya onların kimyavi birləşmələrinin istehsalı üçün istifadə olunan, tərkibində metal olan və ya olmayan küllər və qalıqlar.
Yarımmövqelərə dair qeydlər:
2620 21 mal yarımmövqeyindəki «etilləşmiş benzinşlamı və etilləşmiş antidetonasiyalı qarışıqlar» termini, tərkibində faktik qurğuşun, qurğuşun birləşmələri və dəmir oksidi olan etilləşmiş benzin və etilləşmiş antidetonasiyalı qarışıqların (məsələn tetroetilqurğuşun) saxlama çənlərinindən alınan şlamı ifadə edir.
tərkibində arsen, çivə və tellur olan arsen və bu metalların alınmasında və ya kimyavi birləşmələrinin istehsalında istifadə edilən küllər və qalıqlar, 2620 60 mal yarımmövqeyində təsnif olunur.

XİF ƏN-ın kodu
Mal mövqelərinin adları
Əlavə ölçü vahidi
Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)
 2601 Dəmir filizləri və konsentratları, yandırılmış dəmir kolçedanı (pirit) daxil olmaqla:  
  - dəmir filizləri və konsentratları, yandırılmış dəmir kolçedanından başqa:  
 2601 11 000 0 -- aqlomerasiya edilməmiş - 0.5
 2601 12 000 0 -- aqlomerasiya edilmiş - 0.5
 2601 20 000 0 - yandırılmış dəmir kolçedanı (pirit) - 0.5
 2602 00 000 0 Manqan filizləri və konsentratları, tərkibində quru məhsula hesablanmada 20 kütlə % və daha çox manqan olan dəmir- manqan filizləri və konsentratları daxil olmaqla - 0.5
 2603 00 000 0 Mis filizləri və konsentratları - 0.5
 2604 00 000 0 Nikel filizləri və konsentratları - 0.5
 2605 00 000 0 Kobalt filizləri və konsentratları - 0.5
 2606 00 000 0 Alüminium filizləri və konsentratları - 0.5
 2607 00 000 0 Qurğuşun filizləri və konsentratları - 0.5
 2608 00 000 0 Sink filizləri və konsentratları - 0.5
 2609 00 000 0 Qalay filizləri və konsentratları - 0.5
 2610 00 000 0 Xrom filizləri və konsentratları - 0.5
 2611 00 000 0 Volfram filizləri və konsentratları - 0.5
 2612 Uran və ya torium filizləri və konsentratları:  
 2612 10 - uran filizləri və konsentratları:  
 2612 10 100 0 -- uran filizləri və uran qətranı və onların konsentratları, 5 kütlə %-dən artıq uran tərkibli - 0.5
 2612 10 900 0 -- digərləri - 0.5
 2612 20 - torium filizləri və konsentratları:  
 2612 20 100 0 -- monasit; urantorianit və digər torium filiz və konsentratları, 20 kütlə %-dən artıq torium tərkibli - 0.5
 2612 20 900 0 -- digərləri - 0.5
 2613  Molibden filizləri və konsentratları:  
 2613 10 000 0 - yandırılmış - 0.5
 2613 90 000 0 - digərləri - 0.5
 2614 00 Titan filizləri və konsentratları:  
 2614 00 100 0 - ilmenit və onun konsentratları - 0.5
 2614 00 900 0 - digərləri - 0.5
 2615 Niobium, tantal, vanadium və ya sirkonium filizləri və konsentratları:  
 2615 10 000 0 - sirkonium filizləri və konsentratları - 0.5
 2615 90 - digərləri:  
 2615 90 100 0 -- niobium və tantal filizləri və konsentratları - 0.5
 2615 90 900 0 -- vanadium filizləri və konsentratları - 0.5
 2616 Qiymətli materialların filizləri və konsentratları:  
 2616 10 000 0 - gümüş filizləri və konsentratları - 0.5
 2616 90 000 0 - digərləri - 0.5
 2617 Digər filizlər və konsentratlar:  
 2617 10 000 0 - antimonlu (stibiumlu) filizlər və konsentratlar - 0.5
 2617 90 000 0 - digərləri - 0.5
 2618 00 000 0 Qara metalların istehsalı prosesində alınan dənəvərləşdirilmiş şlak (şlak qumu) - 0.5
 2619 00 Şlak, dross (dənəvərləşdirilmiş şlakdan başqa), yanıq dəmir (okalin) və qara metalların istehsalının digər tullantıları:  
 2619 00 100 0 - domna peçlərinin tozu (domna peçi ağzının tozu) - 0.5
  - digərləri:  
 2619 00 910 0 -- dəmir və ya manqan alınması üçün yararlı tullantılar - 0.5
 2619 00 930 0 -- titan oksidi alınması üçün yararlı şlak - 0.5
 2619 00 950 0 -- vanadium alınması üçün yararlı tullantılar - 0.5
 2619 00 990 0 -- digərləri - 0.5
 2620 Tərkibində arsen və metal və ya metallı birləşmələr olan kül və digər qalıqlar (qara metalların istehsalının qalıqlarından başqa):  
  - əsasən sink tərkibli:  
 2620 11 000 0 -- qartsink (sink-dəmir ərintisi) - 0.5
 2620 19 000 0 -- digərləri - 0.5
  - əsasən qurğuşun tərkibli:  
 2620 21 000 0 -- etilləşdirilmiş benzin şlamı və etilləşdirilmiş antidetonasiyalı qarışıqlar şlamı - 0.5
 2620 29 000 0 -- digərləri - 0.5
 2620 30 000 0 - əsasən mis tərkibli - 0.5
 2620 40 000 0 - əsasən alüminium tərkibli - 0.5
 2620 60 000 0 - arsen, tallium, civə tərkibili və ya onların qarışıqları, arsenin və ya bu metalların çıxaılması və ya onarın kimyavi birləşmələrinin istehsalı üçün istifadə olunan - 0.5
  - digərləri:  
 2620 91 000 0 -- stibium, berillium, kadmium, xrom tərkibli qarışılar - 0.5
 2620 99 -- digərləri  
 2620 99 100 0 --- əsasən nikel tərkibli - 0.5
 2620 99 200 0 --- əsasən niobium və tantal tərkibli - 0.5
 2620 99 300 0 --- əsasən volfram tərkibli - 0.5
 2620 99 400 0 --- əsasən qalay tərkibli - 0.5
 2620 99 500 0 --- əsasən molibden tərkibli - 0.5
 2620 99 600 0 --- əsasən titan tərkibli - 0.5
 2620 99 700 0 --- əsasən kobalt tərkibli - 0.5
 2620 99 800 0 --- əsasən sirkonium tərkibli - 0.5
 2620 99 900 0 --- digərləri - 0.5
 2621 Digər şlaklar və kül, dəniz yosunlarından (kelplərdən) alınan kül daxil olmaqla; şəhər təsərrüfatı tullantılarının yandırılmasından alının kül və qalıqları:  
 2621 10 000 0 - şəhər təsərrüfatı tullantılarının yandırılmasından alının kül və qalıqları - 0.5
 2621 90 000 0 - digərləri - 0.5

Hiç yorum yok:

Yorum Gönder

İletişim Adresimiz
www.ithalatihracat.biz
info@ithalatihracat.biz