14 Eylül 2015 Pazartesi

Qrup 42

QRUP 42: Dəri mə'mulatları ; sərraclıq-yəhər mə'mulatları və qoşqu ləvazimatı; yol ləvazimatı , qadın çantaları və onlara oxşar mallar ; heyvanların bağırsaqlarından hazırlanan mə'mulatlar (təbii ketqut istisna olmaqla)


Qeydlər:
1. Bu qrupa aşağıdakılar daxil edilmir:
a) steril cərrahiyyə ketqutu və tikiş qoymaq üçün analoji steril materiallar (3006 mal mövqeyi);
b) təbii və süni xəz altlıqlı və ya təbii və süni xəz üst tərəfinə bərkidilmiş geyimlər və ya geyim ləvazimatları (əlcəklər və yarıməlcəklərdən başqa); xəz yalnız bəzək xarakteri daşıdığı hallıar istisna olunur (4303 və ya 4304 mal mövqeləri);
v) tordan hazır məmulatlar (5608 mal mövqeyi);
q) 64-cü qrupun məmulatları;
d) baş geyimləri və ya onların hissələri (65-ci qrup);
e) şallaqlar, qamçılar və ya 7117 mal mövqeyinin digər məmulatları;
j) qol düymələri, bilərziklər və 6602 mal mövqeyinin digər bijuteriyaları;
z) ayrıca təqdim olunmuş qoşqu detalları, məsələn, üzəngi, yüyən, metal furnitura və at qoşqusu üçün toqqalar. (əsasən XV bölmə);
i) simlər, barabanlar və musiqi alətlərinin hissələri və analoji materiallar (9209 mal mövqeyi) ;
k) 94-cü qrupun məmulatları (məsələn, mebel, lampalar və işıqlandırıcı avadanlıq);
l) 95-ci qrupun məmulatları məsələn, oyuncaqlar, oyunlar, idman inventarı);
m) düymələr, knopkalar, sancaqlar, düymə üçün formalar və ya bu məmulatların digər hissələri, düymələr üçün biçimlər (9606 mal mövqeyi).
2A. 1-ci qeydə əlavə olaraq, aşağıdakılar 4202 mal mövqeyinə daxil edilmir:
a) plastik kütlə təbəqələrindən hazırlanmış çantalar, üzərində təsvirlər çap olunmuş və ya çap olunmamış, qulplu, uzunmüddətli istifadə üçün nəzərdə tutulmamış (3923 mal mövqeyi);
b) hörmə üçün materiallardan hazırlanmış məmulatlar ( 4602 mal mövqeyi);
2B. 4202 və 4203 mal mövqelərinin, bir hissəsi qiymətli metallardan və ya üzəri qiymətli metalla örtülmüş metallardan, təbii və becərilmiş mirvaridən, qiymətli və ya yarım qiymətli daşlardan (təbii, süni və ya rekonstruksiya edilmiş) ibarət olan məmulatlar, həmin hissələr sadəcə olaraq kiçik bəzək və ya bəzək detalları olsa belə, verilən mal mövqelərinə daxil edilir, bir şərtlə ki, onlar məmulatın əsas xarakterini dəyişməsin. Əks halda onlar 71-ci qrupa aid edilir.
3. 4203 mal mövqeyində «geyim və geyim ləvazimatları» termini, əlcəkləri və yarıməlcəkləri (idman və müdafiə əlcəkləri daxil olmaqla), önlüklər və digər müdafiə geyimləri, aşırmalar, kəmərlər, patrondaşlar və bilək sarğılarını (saat kəmərlərindən başqa) bildirir (9113 mal mövqeyi).
Əlavə qeydlər:
1. 4202 mal mövqeyinin yarımmövqelərində «üz səthi» terminini məmulatın üz səthinin adi gözlə görünə bilən materialına aid edilir, həmin material məmulatın üst materialını təşkil edən materialların kombinasiyasının üst qatı olsa belə.
XİF ƏN-ın kodu
Mal mövqelərinin adları
Əlavə ölçü vahidi
Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)
 4201 00 000 0 Sərraclıq-yəhər məmulatları və heyvanlar üçün hər hansı materialdan hazırlanmış qoşqu avadanlığı (yan qayışı, cilov (yedək), dizbağılar, buruntaqlar, çullar, yəhəraltılar, aşırma xurcunlar, it çulları və analoji məmulatlar daxil olmaqla) - 15
 4202 Sakvoyajlar, çamadanlar, qadın çanta-miniçamadanları, iş kağızları üçün keyslər, portfellər, məktəbli bel çantaları, eynəklər, turbinlər, fotoaparatlar, musiqi alətləri və tüfənglər üçün futlyarlar və ya qoburlar və analoji çexollar; yol çantaları, qida məhsulları və ya içkilər üçün çanta-termus, kosmetika çantaları, rüqzaklar, qadın çantaları, təsərrüfat çantaları, portmanatlar, pul kisələri, coğrafi xəritələr üçün futlyarlar, portsiqarlar, tənbəki kisələri, iş alətləri üçün çantalar, idman çantaları, butulka üçün futlyarlar, mücrülər, pudra qutuları, kəsici əşyalar üçün futlyarlar və analoji məmulatlar, təbii dəridən və ya kompozisiya üsulu ilə hazırlanmış dəri, plastik kütlədən, tekstil materiallarından, vulkanlaşdırılmış liflərdən və ya kartondan hazırlanmış, tam və ya qismən belə materiallarla və ya kağızla örtülmüş:
 - sakvoyajlar, çamadanlar, qadın çanta-miniçamadanları, iş kağızları üçün keyslər, portfellər, məktəbli bel çantaları və analoji məmulatlar:
 4202 11 -- üz səthi təbii dəridən, kompozisiyalı dəridən və lak dəridən olan:
 4202 11 100 0 --- iş kağızları üçün keyslər, portfellər, məktəbli bel çantaları və analoji məmulatlar əd 15
 4202 11 900 0 --- digərləri əd 15
 4202 12 -- üz səthi plastmass və ya tekstil materiallarından olan:
 --- plastmass təbəqələrindən:
 4202 12 110 0 ---- iş kağızları üçün keyslər, portfellər, məktəbli bel çantaları və analoji məmulatlar əd 15
 4202 12 190 0 ---- digərləri əd 15
 4202 12 500 0 --- formalaşdırılmış plastmass materiallarından əd 15
 --- vulkanlaşdırılmış liflər daxil olmaqla digər materiallardan:
 4202 12 910 0 ---- iş kağızları üçün keyslər, portfellər, məktəbli bel çantaları və analoji məmulatlar əd 15
 4202 12 990 0 ---- digərləri əd 15
 4202 19 -- digərləri:
 4202 19 100 0 --- alüminiumdan əd 15
 4202 19 900 0 --- digər materiallardan əd 15
 - çiyin qayışı olan və ya olmayan qadın çantaları, dəstəksiz çantalar daxil olmaqla:
 4202 21 000 0 -- üz səthi təbii dəridən, kompozisiyalı dəridən və ya lak dəridən olan əd 15
 4202 22 -- üz səthi plastmass və ya tekstil materiallarından olan:
 4202 22 100 0 --- plastmass təbəqələrindən əd 15
 4202 22 900 0 --- tekstil materiallarından əd 15
 4202 29 000 0 -- digərləri əd 15
 - cibdə və ya qadın çantasında gəzdirilən məmulatlar:
 4202 31 000 0 -- üz səthi təbii dəridən, kompozisiyalı dəridən və ya lak dəridən olan - 15
 4202 32 -- üz səthi plastmass materiallardan və ya tekstil material olan:
 4202 32 100 0 --- plastmass təbəqələrindən - 15
 4202 32 900 0 --- tekstil materiallarından - 15
 4202 39 000 0 -- digərləri - 15
 - digərləri:
 4202 91 -- üz səthi təbii dəridən, kompozisiyalı dəridən və ya lak dəridən olan:
 4202 91 100 0 --- yol çantaları, kosmetika çantaları, rüqzaklar və idman çantaları əd 15
 4202 91 800 0 --- digərləri əd 15
 4202 92 -- üz səthi plastmass və ya tekstil material təbəqələrindən olan:
 --- plastmass təbəqələrindən:
 4202 92 110 0 ----yol çantaları, kosmetika çantaları, rüqzaklar və idman çantaları əd 15
 4202 92 150 0 ---- musiqi alətləri üçün futlyarlar əd 15
 4202 92 190 0 ---- digərləri əd 15
 --- tekstil (toxuculuq) materiallarından:
 4202 92 910 0 ----yol çantaları, kosmetika çantaları, rüqzaklar və idman çantaları əd 15
 4202 92 980 0 ---- digərləri əd 15
 4202 99 000 0 -- digərləri əd 15
 4203 Təbii dəridən və ya kompozisiyalı dəridən geyim əşyaları və geyim ləvazimatları:
 4203 10 000 0 - geyim əşyaları - 15
 - əlcəklər, yarıməlcəklər (təkbarmaqlı və s.):
 4203 21 000 0 -- xüsusi olaraq idman məqsədi üçün nəzərdə tutulan cüt 15
 4203 29 -- digərləri:
 4203 29 100 0 --- bütün peşələr üçün qoruyucu əlcəklər cüt 15
 --- digərləri:
 4203 29 910 0 ---- kişi və oğlanlar üçün cüt 15
 4203 29 990 0 ---- digərləri cüt 15
 4203 30 000 0 - qurşaqlar, qayışlar (kəmərlər), aşırma qayışlar və patrondaşlar - 15
 4203 40 000 0 - digər geyim ləvazimatı - 15
 4204 00 Təbii dəridən və ya kompozisiyalı dəridən olan, maşınlarda, mexaniki qurğularda və ya digər texniki məqsədlər üçün istifadə edilən məmulatlar:
 4204 00 100 0 - konveyer lentləri və ya ötürücü qayışlar və ya beltinq - 10
 4204 00 900 0 - digərləri - 10
 4205 00 000 0 Təbii dəridən və ya kompozisiyalı dəridən digər məmulatlar - 10
 4206 Bağırsaqlardan (barama fibroinindən olan liflərdən başqa) sinyuqdan, kisəcikdən və ya vətərdən hazırlanan məmulatlar:
 4206 10 000 0 - ketqut - 0.5
 4206 90 000 0 - digərləri - 10

Hiç yorum yok:

Yorum Gönder

İletişim Adresimiz
www.ithalatihracat.biz
info@ithalatihracat.biz