5 Eylül 2015 Cumartesi

Qrup 40

Qrup 40. Kauçuk, rezin və onlardan hazırlanan məmulatlar

Qeydlər:
1. Əgər kontekstdə ayrı şərt qoyulmayıbsa, bu Nomenklaturanın bütün bölmələrində «kauçuk» termini aşağıdakı vulkanlaşdırılmış və ya vulkanlaşdırılmamış, yaxud bərk və ya qeyri bərk maddələri bildirir: təbii kauçuk, balata, quttaperça, qvayula və çikl və təbii kauçukun anoloji növləri, yağlardan alınmış sintetik kauçuk, faktis və həmin materiallar regenerasiya edilmiş şəkildə.
2. Bu qrupa aşağıdakılar daxil edilmir:
a. XI bölmənin malları (tekstil materialları və tekstil məmulatları);
b. Ayaqqabı və onun detalları (64-cü qrup);
v. 65-ci qrupda göstərilən baş geyimləri və onun hissələri (üzgüçülük şapkaları daxil olmaqla);
q. mexaniki və ya elektrik qurğuları və ya onların XVI bölmədə göstərilən bərk rezindən (ebonitdən) hissələri (bütün növlərdən elektrik malları daxil olmaqla);
d. 90-cı, 92-ci, 94-cü və ya 96-cı qrupların məmulatları;
e. 95-ci qrupun məmulatları (idman əlcəkləri və 4011-4013 mal mövqelərində göstərilən məmulatlardan başqa)
3. 4001-4003 və 4005 mal mövqelərində «ilkin formalar» termini aşağıdakı formaları bildirir:
a. mayelər və pastalar (lateks, yarıvulkanlaşdırılmış və ya vulkanlaşdırılmamış lateks və ya digər dispersiya və məhlullar daxil olmaqla);
b. qeyri-düzgün formalı bloklar, parçalar, topalar, qranullar (dənəvərlər), tozlar, qırıntı və anoloji səpmə formalar.
4. Bu qrupa 1-ci qeyddə və 4002 mal mövqeyində «sintetik kauçuk» termini aşağıdakıları bildirir:
a. kükürdlə vulkanlaşdırma yolu ilə 18-190C temperaturda özünün əvvəlki uzunluğundan 3 dəfə gərildikdə qırılmayan, 5 dəqiqə müddətində 2 dəfə gərildikdə isə əvvəlki uzunluğundan 1,5 dəfədən artıq olmayan uzunluğa qayıdan, dönməz qeyri-termoplastik maddəyə çevrilən sintetik maddələr. Göstərilən sınaq zamanı köndələn rabitə yaradan, məsələn, vulkanlaşdırmanı aktivləşdirən və ya sürətləndirən maddələr əlavə edilməsinə icazə verilir. 5 b (ii və iii) qeydində göstərilən maddələrin də olmasına yol verilir. Lakin köndələn rabitələrin yaranması üçün nəzərdə tutulmayan maddələrin (məsələn, durulaşdırıcılar, plastifikatorlar və aşqarlar) daxil edilməsinə yol verilmir.
b. tioplastlar (TM); və
v. plastik kütlələrlə peyvənd etmə və ya qarışdırılma yolu ilə modifikasiya edilmiş təbii kauçuk, depolimerləşdirilmiş təbii kauçuk, doymamış sintetik maddələrin doymuş sintetik yüksəkmolekulyar polimerlə qarışıqları, bir şərtlə ki, sadalanan maddələr yuxarıda bu qeydin 4a bəndində vulkanlaşdırma, gərilmə və ölçülərin bərpasına aid göstərilən tələblərə uyğun gəlsin.
5. a. 4001 və 4002 mal mövqelərinə kauçuk və ya kauçukların qarışıqları daxil edilmir, əgər onlar koaqulyasiyaya qədər və ondan sonra aşağıdakılarla qarışdırılıbsa:
i. vulkanlaşdırıcı agentlər, sürətləndiricilər, ləngidicilər və ya aktivləşdiricilər (yarıvulkanlaşmış kauçuk lateksinin hazırlanması üçün əlavə edilənlərdən başqa);
ii. piqmentlər və ya digər boyayıcı məddələr, yalnız identifikasiya məqsədləri üçün istifadə edilənlərdən başqa;
iii. plastifikatorlar və ya aşqarlar (yağ hopdurulmuş kauçuk halında mineral yağ istisna olmaqla); möhkəmlik gücləndiriciləri, üzvi həlledicilər və ya 5 b bəndində göstərilənlər istisna olmaqla, hər hansı digər maddələr;
5. b. Kauçukda və ya kauçukların qarışıqlarında bəzi materialların olması xam material kimi onun xarakterini dəyişmir və buna görə də, onların 4001 və 4002 mal mövqelərində göstərilməsinə mane olmur; belə məddələrə aşağıdakılar aiddir:
i. emulqatorlar və antiadgezivlər;
ii. emulqatorların az miqdarda parçalanma məhsulları;
iii. çox az miqdarda istiyəhəssas agentlər (əsasən istiyə həssas kauçuk latekslərinin), kationlu səthi-aktiv agentlər (adətən elektoromüsbət kauçuk latekslərinin), antioksidantlar, koaqulyantlar, kauçuku qırıntıya çevirən agentlər, şaxtaya davamlılığı təmin edən agentlər, peptizatorlar, koaqulyasiyaya qarşı maddələr, sabitləşdiricilər, özlülüyü tənzimləyən agentlər və ya xüsusi təyinatlı anoloji əlavələr.
6. 4004 mal mövqeyində «tullantılar, qırıqlar və skrap» termini rezinin və rezin məmulatlarının istehsalından və ya emalından qalan tullantıları, qırıqları və skrapı və ya kəsilmə, dağılma və diğər səbəblər üzündən tamamilə istifadəyə yararsız rezin məmulatlarını bildirir.
7. Bütövlükdə vulkanlaşmış rezindən ibarət olan, en kəsiyi 5 mm-dən çox olan saplar 4008 mal mövqeyinə zolaqlar və ya lentlər, millər və ya formalı profillər kimi daxil edilir.
8. 4010 mal mövqeyinə hopdurulmuş, örtüklü və ya rezinlə cütləşdirilmiş parçadan olan və ya hopdurulmuş və ya rezinlə örtülmüş, toxuculuq ipliyindən ya da kordadan rezin konveyer lentləri, ötürücü qayışlar və ya beltinq daxil edilir.
9. 4001, 4002, 4003, 4005 və 4008 mal mövqelərində «plastinlər», «təbəqələr» və ya «zolaqlar və ya lentlər» termini yalnız kəsilməmiş və ya düzbucaqlı (o cümlədən kvadrat) şəklində kəsilmiş, basılmış və ya basılmamış və ya səthi digər üsullarla işlənmiş düzgün həndəsi formalı plastinləri, vərəqləri və zolaqları və ya lentləri və blokları bildirir, digər formalı parçalara kəsilmiş və ya sonrakı emala məruz qalmış materiallardan başqa.
4008 mal mövqeyinə «millər» və ya «formalı profillər» yalnız uzununa kəsilmiş və ya kəsilməmiş, səthi emal olunmuş və ya olunmamış, lakin sonrakı emala məruz qalmamış məmulatları bildirir.

XİF ƏN-ın kodu
Mal mövqelərinin adları
Əlavə ölçü vahidi
Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)
 4001 Təbii kauçuk, balata, quttaperça, qvayula, çikl və analoji təbii qatranlar, ilkin formalarda və ya plitə, təbəqə və ya zolaqlar (və ya lent) şəklində:  
 4001 10 000 0 - yarıvulkanlaşdırılmış və ya yarıvulkanlaşdırılmamış təbii kauçuk lateksi - 0.5
  - başqa formalı təbii kauçuk:  
 4001 21 000 0 -- smoked-şits (təbii kauçuk markası) - 0.5
 4001 22 000 0 -- təbii kauçuk, xüsusi texniki (TSNR) - 0.5
 4001 29 000 0 -- digəri - 0.5
 4001 30 000 0 - balata, quttaperça, qvayula, çikl və analoji təbii qatranlar - 0.5
 4002 Yağlardan alınmış, ilkin formalı və ya plitə, təbəqə, yaxud zolaq (və ya lent) şəklində sintetik kauçuk və faktis; 4001 mal mövqeyində göstərilən maddələrin bu mövqeyinin məhsulları ilə ilkin formalı və ya plitə, təbəqə, yaxud zolaq (və ya lent) şəklində olan qarışıqları:  
  - butadien-stirol kauçuku (SBR); karboksilaşdırılmış butadienstirol kauçuku (XSBR):  
 4002 11 000 0 -- lateks - 15
 4002 19 000 0 -- digəri - 15
 4002 20 000 0 - butadien kauçuku (BR) - 0.5
  - izobutilenizopren (butil) kauçuku (IIR); haloqenləşmiş izobutilenizopren kauçuku (CIIR və ya BIIR):  
 4002 31 000 0 -- izobutilenizopren (butil) kauçuku (IIR) - 0.5
 4002 39 000 0 -- digəri - 0.5
  - xlorpren (xlorbutadien) kauçuku (CR):  
 4002 41 000 0 -- lateks - 3
 4002 49 000 0 -- digəri - 3
  - butadiennitril kauçuku (NBR):  
 4002 51 000 0 -- lateks - 3
 4002 59 000 0 -- digəri - 0.5
 4002 60 000 0 - izopren kauçuku (IR) - 0.5
 4002 70 000 0 - əlaqəsiz etilenpropilendien kauçuku (EPDM) - 3
 4002 80 000 0 - 4001 mal mövqeyində göstərilən istənilən məhsulların bu mal mövqeyinin məhsulları ilə qarışıqları - 3
  - digəri:  
 4002 91 000 0 -- lateks - 3
 4002 99 -- digərləri:  
 4002 99 100 0 --- plastik kütlə daxil etməklə modifikasiya olunmuş maddələr - 3
 4002 99 900 0 --- digərləri - 3
 4003 00 000 0 Regenerasiya edilmiş kauçuk, ilkin formalarda və ya plitə, təbəqə, yaxud zolaq (və ya lent) şəklində - 3
 4004 00 000 0 Rezin tullantıları, kəsikləri və skrapı (bərk rezindən başqa), onlardan alınan tozlar və dənəvərlər - 3
 4005 Vulkanlaşdırılmamış rezin qarışığı, ilkin formalarda və ya plitə, təbəqə, yaxud zolaq (və ya lent) şəklində:  
 4005 10 000 0 - qaz qurumu və ya silisium 4-oksidlə zənginləşmiş rezin qarışığı - 15
 4005 20 000 0 - məhlullar; digər dispersiyalar, 4005 10 yarımmövqeyində göstərilənlərdən başqa - 15
  - digərləri:  
 4005 91 000 0 -- plitələr, təbəqələr və zolaqlar (və ya lentlər) - 15
 4005 99 000 0 -- digərləri - 15
 4006 Vulkanlaşdırılmamış rezindən digər formalar (məsələn, millər, borular, formalı profillər) və məmulatlar (məsələn, disklər və həlqələr):  
 4006 10 000 0 - rezin şinlərin bərpası üçün protektor biçmələri - 15
 4006 90 000 0 - digərləri - 15
 4007 00 000 0 Vulkanlaşdırılmış rezin saplar və kord - 0.5
 4008 Rezindən (bərk rezindən başqa) hazırlanmış plitələr, təbəqələr, zolaqlar (və ya lentlər), millər və formalı profillər:  
  - məsaməli rezindən:  
 4008 11 000 0 -- plitələr, təbəqələr və zolaqlar (və ya lentlər) - 15
 4008 19 000 0 -- digərləri - 15
  - məsaməsiz rezindən:  
 4008 21 -- plitələr, təbəqələr və zolaqlar (və ya lentlər):  
 4008 21 100 0 --- döşəmə örtükləri və ayaqaltılar (payəndaz) m2 15
 4008 21 900 1 --- xam rezin - 0.5
 4008 21 900 9 --- digərləri - 15
 4008 29 -- digərləri:  
 4008 29 100 0 --- ölçü üzrə kəsilmiş formalı profillər, mülki aviasiya üçün - 0.5
 4008 29 900 0 --- digərləri - 15
 4009 Vulkanlaşdırılmış rezindən hazırlanmış (bərk rezindən başqa) borular, şlanqlar və xortumlar, fitinqsiz və ya fitinqlər ilə (məsələn, birləşmələr, dirsəkli borucuqlar, flanslar ilə):  
  - armaturlaşdırılmamış və digər materiallarla ayrı üsulla birləşdirilməmiş:  
 4009 11 000 0 -- fitinqlərsiz - 15
 4009 12 -- fitinqlərlə  
 4009 12 100 0 --- qaz və ya mayelərin buraxılması üçün yararlı, mülki aviasiya üçün - 15
 4009 12 900 0 --- digərləri - 15
  - armaturlaşdırılmış və ya ancaq metallarla ayrı üsulla birləşdirilmiş:  
 4009 21 000 0 -- fitinqlərsiz - 15
 4009 22 -- fitinqlərlə:  
 4009 22 100 0 --- qaz və ya mayelərin buraxılması üçün yararlı, mülki aviasiya üçün - 0.5
 4009 22 900 0 --- digərləri - 15
  - armaturlaşdırılmamış və digər toxuculuq materialları ilə ayrı üsulla birləşdirilməmiş:  
 4009 31 000 0 -- fitinqlərsiz - 15
 4009 32 -- fitinqlərlə:  
 4009 32 100 0 --- qaz və ya mayelərin buraxılması üçün yararlı, mülki aviasiya üçün - 15
 4009 32 900 0 --- digərləri - 15
  - armaturlaşdırılmış və ya digər materiallarla ayrı üsulla birləşdirilmiş:  
 4009 41 000 0 -- fitinqlərsiz - 15
 4009 42 -- fitinqlərlə:  
 4009 42 100 0 --- qaz və ya mayelərin buraxılması üçün yararlı, mülki aviasiya üçün - 15
 4009 42 900 0 --- digərləri - 15
 4010 Konveyer lentləri və ötürücü qayışlar və ya beltinq (qayışlar üçün rezinlənmiş parça), vulkanlaşdırılmış rezindən:  
  - konveyer lentləri və ya beltinq:  
 4010 11 000 0 -- yalnız metalla armaturlaşdırılmış (möhkəmləndirilən) - 15
 4010 12 000 0 -- yalnız tekstil materiallarla armaturlaşdırılmış - 15
 4010 13 000 0 -- yalnız plastmass materiallarla armaturlaşdırılmış - 15
 4010 19 000 0 -- digərləri - 15
  - ötürücü qayışlar və ya beltinq:  
 4010 31 000 0 -- en kəsiyi trapesşəkilli, sonsuz (qapalı) ötürücü qayışlar (V-şəkilli qayışlar), qabarıqlı, çevrəsinin uzunluğu 60 sm-dən çox, lakin 180 sm-dən artıq olmayan - 15
 4010 32 000 0 -- en kəsiyi trapesşəkilli, sonsuz (qapalı) ötürücü qayışlar (V-şəkilli qayışlar), qabarıqlı istisna olmaqla, çevrəsinin uzunluğu 60 sm-dən çox, lakin 180 sm-dən artıq olmayan - 15
 4010 33 000 0 -- en kəsiyi trapesşəkilli, sonsuz (qapalı) ötürücü qayışlar (V-şəkilli qayışlar), qabarıqlı, çevrəsinin uzunluğu 180 sm-dən çox, lakin 240 sm-dən artıq olmayan - 15
 4010 34 000 0 -- en kəsiyi trapesşəkilli, sonsuz (qapalı) ötürücü qayışlar (V-şəkilli qayışlar),qabarıqlı istesna olmaqla, çevrəsinin uzunluğu 180 sm-dən çox, lakin 240 sm-dən artıq olmayan - 15
 4010 35 000 0 -- sonsuz (qapalı), dişli ötürücü qayışlar, çevrəsinin uzunluğu 60 sm-dən çox, lakin 150 sm-dən artıq olmayan - 15
 4010 36 000 0 --sonsuz (qapalı), dişli ötürücü qayışlar, çevrəsinin uzunluğu 150 sm-dən çox, lakin 198 sm-dən artıq olmayan - 15
 4010 39 000 0 -- digərləri - 15
 4011 Təzə pnevmatik rezin şinlər:  
 4011 10 000 0 - minik avtomobilləri üçün (yük-sərnişin furqonları və idman avtomobilləri daxil olmaqla) əd 15
 4011 20 - avtobuslar və ya yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri:  
 4011 20 100 0 -- yük indeksi 121-dən çox olmayan əd 15
 4011 20 900 0 -- yük indeksi 121-dən çox əd 15
 4011 30 - aviasiyada istifadə üçün:  
 4011 30 100 0 -- mülki aviasiya üçün əd 0.5
 4011 30 900 0 -- digərləri əd 15
 4011 40 - motosikllər üçün:  
 4011 40 200 0 -- çənbərin (təkərin) diametri 33 sm-dən çox olmayan əd 15
 4011 40 800 0 -- digərləri əd 15
 4011 50 000 0 - velosipedlər üçün əd 15
  - «yolka» və ya analoji şəkilli protektorlar:  
 4011 61 000 0 -- kənd təsərrüfatında və meşə təsərrüfatında istifadə edilən nəqliyyat vasitələri üçün əd 0.5
 4011 62 000 0 -- tikintidə və ya sənayedə istifadə edilən nəqliyyat vasitələri üçün və minik diametri 61 sm çox olmayan əd 3
 4011 63 000 0 -- tikintidə və ya sənayedə istifadə edilən nəqliyyat vasitələri üçün və minik diametri 61 sm çox olan əd 3
 4011 69 000 0 -- digərləri əd 15
  - digərləri:  
 4011 92 000 0 -- kənd təsərrüfatında və meşə təsərrüfatında istifadə edilən nəqliyyat vasitələri üçün əd 0.5
 4011 93 000 0 -- tikintidə və ya sənayedə istifadə edilən nəqliyyat vasitələri üçün və minik diametri 61 sm çox olmayan əd 3
 4011 94 000 0 -- tikintidə və ya sənayedə istifadə edilən nəqliyyat vasitələri üçün və minik diametri 61 sm çox olan əd 3
 4011 99 000 0 -- digərləri əd 15
 4012 Pnevmatik rezin şinlər, bərpa edilmiş və ya işlənmiş; tam və ya yarıpnevmatik şinlər; şin protektorları və rezin çənbər lentləri:  
  - bərpa edilmiş şinlər:  
 4012 11 000 0 -- minik avtomobilləri üçün (yük-sərnişin furqonları və idman avtomobilləri daxil olmaqla) əd 1 əd. 10 ABŞ dol
 4012 12 000 0 -- avtobuslar və ya yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri əd 1 əd. 3 ABŞ dol
 4012 13 -- aviasiyada istifadə üçün:  
 4012 13 100 0 --- mülkü aviasiya üçün əd 0.5
 4012 13 900 0 --- digərləri əd 1 əd. 3 ABŞ dol
 4012 19 000 0 -- digərləri əd 1 əd. 3 ABŞ dol
 4012 20 - pnevmatik şinlər, işlənmiş:  
 4012 20 100 0 -- mülkü aviasiya üçün əd 0.5
 4012 20 900 0 -- digərləri əd 1 əd. 3 ABŞ dol
 4012 90 - digərləri:  
 4012 90 200 0 -- tam və ya yarımpnevmatik şinlər əd 1 əd. 3 ABŞ dol
 4012 90 300 0 -- şin protektorları əd 1 əd. 3 ABŞ dol
 4012 90 900 0 -- çənbər lentləri əd 1 əd. 3 ABŞ dol
 4013 Rezin kameralar:  
 4013 10 - minik avtomobilləri (yük-sərnişin furqonları və idman avtomobilləri daxil olmaqla), avtobuslar və ya yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri:  
 4013 10 100 0 -- minik avtomobilləri üçün (yük-minik furqonları və idman avtomobilləri daxil olmaqla) əd 15
 4013 10 900 0 -- avtobuslar və yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri əd 15
 4013 20 000 0 - velosipedlər üçün əd 15
 4013 90 - digərləri:  
 4013 90 100 0 -- motosikllər üçün əd 15
 4013 90 900 0 -- digərləri əd 15
 4014 Bərk rezindən başqa, vulkanlaşdırılmış rezindən hazırlanan gigiyena və əczaçılıq (əmziklər daxil olmaqla) məmulatları, bərk rezindən olan fitinqlərlə və ya onlarsız:  
 4014 10 000 0 - kontraseptivlər - 15
 4014 90 - digərləri:  
 4014 90 100 0 -- uşaqlar üçün müxtəlif növlü əmziklər və analoji məmulatlar - 0.5
 4014 90 900 0 -- digərləri - 15
 4015 Bərk rezindən başqa, vulkanlaşdırılmış rezindən geyim və geyim ləvazimatları (əlcəklər daxil olmaqla), müxtəlif məqsədlər üçün:  
  - əlcəklər və yarıməlcəklər:  
 4015 11 000 0 -- cərrahiyə cüt 3
 4015 19 -- digərləri:  
 4015 19 100 0 --- təsərrüfat əlcəkləri cüt 15
 4015 19 900 0 --- digərləri cüt 15
 4015 90 000 0 - digərləri - 15
 4016 Vulkanlaşdırılmış rezindən, bərk rezindən başqa, hazırlanan digər məmulatlar:  
 4016 10 - məsaməli rezindən:  
 4016 10 100 0 -- texniki məqsədlər üçün, mülkü aviasiya üçün - 3
 4016 10 900 0 -- digərləri - 15
  - digərləri:  
 4016 91 000 0 -- döşəmə örtükləri və fərşlər - 15
 4016 92 000 0 -- dəftərxana pozanları (lastiklər) - 15
 4016 93 -- araqatlar, şaybalar və digər bərkitmələr:  
 4016 93 100 0 --- texniki məqsədlər üçün, mülki aviasiya üçün - 0.5
 4016 93 900 1 --- maqnitli rezin lent - 0.5
 4016 93 900 9 --- digərləri - 15
 4016 94 000 0 -- qayıq və ya lörvbər amortizatorları, hava ilə doldurulan və ya doldurulmayan - 15
 4016 95 000 0 -- hava ilə doldurulan digər məmulatlar - 15
 4016 99 -- digərləri:  
 4016 99 100 0 --- texniki məqsədlər üçün, mülki aviasiya üçün - 0.5
  --- digərləri:  
 4016 99 300 0 ---- əl espanderi - 15
  ---- digərləri:  
  ----- 8701-8705 mal mövqelərinin mühərrikli nəqliyyat vasitələri üçün:  
 4016 99 520 0 ------ metalaşqarlı rezindən hissələr - 15
 4016 99 580 0 ------ digərləri - 15
  ----- digərləri:  
 4016 99 820 0 ------ metalaşqarlı rezindən hissələr - 15
 4016 99 880 0 ------ digərləri - 15
 4017 00 Bərk rezin (məsələn, ebonit) bütün formalarda, tullantı və skrap daxil olmaqla; bərk rezindən hazırlanan məmulatlar:  
 4017 00 100 0 - bərk rezin (məsələn, ebonit) bütün formalarda, o cümlədən tullantı və skrap - 15
 4017 00 900 0 - bərk rezin məmulatları - 15
 4017 00 990 1 -- bərk rezin (ebonit) - 0.5
 4017 00 990 9 -- digərləri - 15

Hiç yorum yok:

Yorum Gönder

İletişim Adresimiz
www.ithalatihracat.biz
info@ithalatihracat.biz

Related Posts Plugin for WordPress, Blogger...

İletişim Formu/Contact Form

Ad

E-posta *

Mesaj *

Bu Blogda Ara